1994-cü ildən fəaliyyət göstəririk

Haqqımızda

1994-cü ildən Azərbaycanın çap sənayesində fəaliyyət göstəririk.

30 ildən artıq təcrübə ilə fərdi müştərilərə, sahibkarlara, korporativ şirkətlərə və dövlət qurumlarına çap xidmətləri təqdim edirik.

BİZİM TARİXİMİZ

1994-cü ildə Azər Kələntərli tərəfindən təsis edilən Caspian Supplies Firması Azərbaycanda çap və təchizat sahəsində fəaliyyətə başlamışdır.

Print.az brendi altında fəaliyyət göstərən şirkətimiz təsisçisinin formalaşdırdığı keyfiyyət, etibarlılıq və məsuliyyət prinsiplərinə sadiq qalaraq fəaliyyətini davam etdirir.

Print.az Caspian Supplies MMC-nin ticarət nişanı olaraq ənənəvi mətbəə təcrübəsini müasir çap texnologiyaları və rəqəmsal həllərlə birləşdirir.

Bu ənənə bu gün də davam edir. Şirkətin fəaliyyəti Azər Kələntərlinin qoyduğu dəyərlərə sadiq qalaraq ailənin növbəti nəsli tərəfindən inkişaf etdirilir. Keyfiyyətə, məsuliyyətə və müştəri məmnuniyyətinə olan yanaşma şirkətin əsas prinsipləri olaraq qalır.

Azər Kələntərli, Caspian Supplies Firmasının təsisçisi
Azər Kələntərli Caspian Supplies Firmasının təsisçisi 1998

ƏSAS MƏRHƏLƏLƏR

1994

Caspian Supplies Firmasının əsası qoyuldu.

2000-lər

Çap və təchizat sahəsində fəaliyyət genişləndirildi.

2010-lar

Müasir texnologiyalara və yeni avadanlıqlara investisiya edildi.

2020

Print.az brendi yaradıldı.

Bu gün

A-dan Z-yə çap həlləri təqdim edən etibarlı tərəfdaş olaraq fəaliyyətimizi davam etdiririk.

Rəqəmlərlə Print.az

30+ il təcrübə
25.000+ tamamlanmış sifariş
450+ korporativ müştəri
Lisenziyalı istehsal
Lisenziyalar və icazələr

Lisenziyalar və İcazələr

Müəssisəmiz xüsusi icazə tələb edən çap məhsullarının hazırlanması üzrə müvafiq lisenziya və icazələrə malikdir.

Möhür və ştampların hazırlanması Müddətsiz lisenziya
Ciddi hesabat blanklarının hazırlanması Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş müvafiq icazə

Əlamətdar Nailiyyətlər

ASAN Xidmət

ASAN Xidmət mərkəzlərində çap və əlaqəli xidmətlərin göstərilməsində iştirak etmişik.

COP29

COP29 çərçivəsində çoxsaylı iştirakçıların çap sifarişlərini yerinə yetirmişik.

WUF13

WUF13 tədbiri çərçivəsində BMT sisteminə daxil olan təşkilatlar üçün çap məhsulları istehsal etmişik.

Rəqəmsal Transformasiya

Azərbaycanda mətbəə sahəsində CRM, ERP sistemləri, onlayn sifariş və onlayn dizayn alətlərinin tətbiqinə öncülük edən şirkətlərdən biri olmuşuq.

Gələcəyə Baxış

Müasir texnologiyalara investisiya etməklə çap xidmətlərini daha sürətli, rahat və əlçatan etməyə çalışırıq. Məqsədimiz uzun illər ərzində qazandığımız etibarı qorumaq və müştərilərimizə daha yüksək xidmət standartları təqdim etməkdir.

Layihənizi bizimlə müzakirə edin

Qiymət sorğusu göndər